Vulkan bir əsrdən sonra oyandı, hər şeyi məhv etdi
Raykoke vulkanının güclü püskürməsi Mərkəzi Kurilin eyniadlı adasında flora və faunanın məhv olması ilə nəticələnib.
“RİA Novosti” – yə istinadən Terefsiz.az saytı xəbər verir ki, bunu Rusiya Elmlər Akademiyasının Uzaq Şərq şöbəsinin Dəniz geologiyası və geofizikası institutunun elmi əməkdaşı Marina Çibisova deyib.
Raykoke vulkanı iyunun 22-də bir əsrə yaxın susqunluqdan sonra oyanıb. Püskürmə 12 saatdan çox davam edib, vulkan külü 13 kilometr hündürlüyədək qalxıb.
M.Çibisovanın sözlərinə görə, 1924-cü ildə Raykoke vulkanının son püskürməsindən sonra adada bərpa olunmuş flora və fauna yenidən məhv olub: “Hazırda Raykokedə kiçik kül tərkibli zəif buxar-qaz tullantıları müşahidə edilir”.
Qeyd edək ki, Raykoke vulkanı dəniz səviyyəsindən 551 metr hündürlükdə yerləşir, kraterin dərinliyi 200 metr, diametri isə təqribən 700 metrdir.