Vyanada İlham Əliyevlə Nikol Paşinyan arasında təkbətək görüş başa çatıb

0
361

Azərbaycan Prezidenti Cənab İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan arasında Vyanada keçirilən təkbətək görüş başa çatıb. 

Terefsiz.az xəbər verir ki, bu barədə Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev öz “Twitter” səhifəsində yazıb.

O qeyd edib ki, hazırda görüş ATƏT-in Minsk qrupu həmsədrlərinin iştirakı ilə davam etdirilir.

“Prezident İlham Əliyev Ermənistan – Azərbaycan münasibətlərini müzakirə etmək üçün Ermənistanın baş naziri Nikol Paşinyanla Vyanada görüşür. Azərbaycan münaqişənin BMT Təhlükəsizlik Şurasının qətnamələri, Helsinki Yekun Aktına və beynəlxalq hüququn prinsiplərinə uyğun şəkildə mövcud format əsasında həllini dəstəkləyir”- deyə, H.Hacıyev qeyd edib.

1news.az