“Whatsapp” istifadəçilərinin nəzərinə – 15 maya qədər bunu etməsəniz…

0
98

Votsap mesenceri 15 maydan sonra yeni istifadə qaydaları və məxfilik siyasətini qəbul etməyən istifadəçilərlə bağlı qərarını açıqlayıb.

Terefsiz.az xəbər verir ki, açıqlamada istifadəçilərin yeni məxfilik siyasətini qəbul etməsi üçün son günün 15 may olduğu bildirilib.

Bu tarixdən sonra hələ də bu müqaviləni qəbul etməyənlərin mesencerdən istifadəsi tədricən məhdudlaşdırılacaq. Buna görə əvvəlcə istifadəçilərə müqaviləni qəbul etməli olduqları barədə bir bildiriş göndəriləcək və bir müddət sonra bu bildiriş qalıcı olacaq. Daha sonra istifadəçilər zənglərə cavab verə bilsələr də, söhbət siyahısına daxil ola bilməyəcəklər. Növbəti addımda isə istifadəçilər bu funksiyadan da məhrum olacaqlar. (axar.az)