XƏBƏRDARLIQ! Bunu edənləri 100 AZN cərimə və ya 30 sutka həbs gözləyir

0
256

Bəzi qadağalar aradan qaldırıldıqdan sonra şəhər daxilindəki bütün polis postları yığışdırılıb.

Terefsiz.az  Xezerxeber.az-a istinadla xəbər verir ki, bunu Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi Kamran Əliyev deyib.
O bildirib ki, Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarı ilə ölkə ərazisində xüsusi karantin rejimi ilə əlaqədar tətbiq edilən bəzi məhdudiyyətlər aradan götürüdüyündən polis postlarının ləğv edilməsinə də qərar verilib. Şöbə rəisinin sözlərinə görə, postlarda duran polis əməldaşları şəhərdə xidmətə cəlb ediliblər.
Kamran Əliyev Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərləri və Abşeron rayonuna giriş-çıxışın necə tənzimlənəcəyini də açıqlayıb. O deyib ki, ”icaze.e-gov.az”portalında qeydiyyatdan keçmək sistemi ləğv olunduğu üçün Bakı, Sumqayıt, Lənkəran, Gəncə şəhərlərinə və Abşeron rayonu tərk edərək, digər rayonlara getməli olan dövlət qurumlarının əməkdaşları mütləq qaydada quraşdırılmış polis postlarında işlədiyi dövlət qurumu tərəfindən ona verilmiş ezamiyyə vərəqəsini və digər sənədləri təqdim etməlidir. Əks halda həmin şəxslər buraxılmayacaq.

Qeyd edək ki, Bakı, Sumqayıt və Abşeron rayonuna girişdə qurulan postlardan qaçaq yolla keçmək istəyən şəxslərə qarşı sərt tədbirlər görüləcək. Karantin qaydasına əməl etməyən şəxslər İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə 100 manat məbləğində cərimə və ya 10-30 sutka həbs edilə bilərlər.