Xakerlər “Avroviziya”nın translyasiyasına müdaxilə ediblər

0
259

Xakerlər “Avroviziya”nın translyasiyasına müdaxilə ediblər

Terefsiz.az saytı xəbər verir ki, “Avroviziya-2019”  beynəlxalq mahnı müsabiqəsini translyasiya edən İsrail saytı naməlum şəxslərin hücumuna məruz qalıb.  

Saytın direktorunun sözlərinə görə, xakerlər translyasiyanı əllərinə keçirmək istəyiblər, lakin bunun qarşısını almaq mümkün olub.

Buna baxmayaraq, bir neçə saniyə ərzində tamaşaçılar xaker hücumunun şahidi ola biliblər: Tel-Avivdə partlayışları nümayiş etdirən kadrlar efirə gedib.

Terefsiz.az