TEREFSİZ.AZ saytı xəbər verir ki, Azərbaycan Milli Konservatoriyasının Muğam kafedrasının müdiri, Xalq artisti Arif Babayev səhhətində yaranan problemlərlə əlaqədar olaraq təcili Türkiyəyə aparılıb.
Əldə olunan məlumata görə, həkimlər Arif Babayevin Türkiyədə müalicə olunmasını məsləhət görüblər.
Qeyd edək ki, Xalq artisti ötən ilin sentyabrında insult keçirib.
A.Babayev daha əvvəl də Türkiyənin İstanbul şəhərindəki xəstəxanalardan birində əməliyyat olunub.
Terefsiz.az