Xiaomi Mi A3 ilə Mi A3 Lite barəsində məlumatlar verildi

0
273

Xiaomi Mi A3 ilə Mi A3 Lite barəsində məlumatlar verildi

    Xiaomi Mi Band 4 smart qolbağı barəsində verdiyi düzgün məlumatlarla məşhurlaşmış hindistanlı insayder Mukul Sharma öz Twitterhesabında Xiaomi Mi A3 smartfon modeli barəsində məlumatları təqdim edib. Bu barədə 4pda saytı xəbər verib. Sözügedən smartfonun texniki özəlliklərindən əlavə olaraq insayder həmçinin onun təqdimat vaxtını da elan edib. Beləliklə insayderin verdiyi məlumata əsasən Xiaomi Mi A3 modeli M1906F9SC model nömrəsinə sahibdir və Snapdragon 712platforması əsasında qurulub.

Smartfon həmçinin 32 MP-lik ön kamera üçün nəzərdə tutulmuş çıxıntı hissəli ekran, əsas kamera modulu 48 MP (Sony IMX582) olacaq üçlü arxa kamera və 18 vatt gücündə enerji qəbul etməyə qadir sürətli enerji yığma texnologiyalı 4000 mAh enerji tutumlu batareya ilə təchiz olunacaq. Əvvəlki məlumat sızıntılarında qeyd olunurdu ki, smartfon həmçinin 6 GB RAM-a da sahib olacaq.

Şirkət adi Mi A3-dən əlavə olaraq həmçinin onun sadələşdirilmiş versiyası Mi A3 Litemodelini də təqdim edəcək. İnsayderin verdiyi məlumata əsasən Lite versiya Snapdragon 710 prosessoru ilə təchiz olunacaq. Hər iki smartfon modeli gözləntilərə əsasən MIUIinterfeysinə sahib olmayan təmiz Androidəməliyyat sistemi vasitəsilə çalışacaq. İnsayderin verdiyi məlumata əsasən sözügedən smartfonlar gələn ay təqdim olunacaqlar.

Terefsiz.az