Xiaomi şirkəti rəsmi olaraq Mi A3 smartfonunu təqdim etdi

0
481

Terefsiz.az saytı xəbər verir ki,  Xiaomi şirkəti rəsmi olaraq İspaniyada Mi A3 smartfon modelini təqdim etdi.

Bu smartfon Android One proqramı çərçivəsində hazırlanıb və təmiz Android əməliyyat sistemi vasitəsilə çalışır. Smartfonun əsas özəllikləri sırasında kompakt gövdə, ekrana inteqrasiya edilmiş barmaq izi skanı texnologiyası, əsas kamera modulu 48 MP olan üçlü arxa kamera və böyük həcmli batareya var.

Bu barədə 4pda saytı xəbər verib. Xiaomi Mi A3 modeli bir neçə müddət bundan öncə təqdim edilmiş Xiaomi CC9e smartfonu əsasında hazırlanıb.

Smartfon HD+ keyfiyyətli 6.088 düym AMOLED ekran ilə təchiz olunub və ekranın üzərində Gorilla Glass 5 qoruyucu şüşəsi var.

Əsas texniki göstəricilərə gəldikdə isə Xiaomi Mi A3 modeli 8 nüvəli Snapdragon 655prosessoru, 4 GB RAM, 64/128 GB daxili yaddaş həcmi, 48 MP (f/1.79 diafraqmalı Sony IMX586) + 8 MP (genişbucaqlı obyektiv) + 2 MP üçlü arxa kamera, 32 MP-lik (f/2.0 diafraqmalı) ön kamera, 18 vatt gücündə enerji qəbul etməyə qadir sürətli enerji yığma texnologiyalı 4030 mAh enerji tutumlu batareya, USB Type-C girişi və 3.5 mm-lik audiogiriş ilə təchiz olunub.

 

Smartfon Android Pie əməliyyat sistemi vasitəsilə çalışır. Beləliklə 64 GB daxili yaddaşa sahib model 249 avroya, 128 GB daxili yaddaşa sahib model isə 279 avroya satılacaq. Xiaomi Mi A3 24 iyul tarixində satışa çıxacaq.

Terefsiz.az