XİN başçısı: “Vardanyanın Qarabağa aidiyyəti olmayıb”

0
91

“Vardanyanın Qarabağa aidiyyəti olmayıb”.

“Terefsiz.az” xəbər ki, bunu xarici işlər naziri Ceyhun Bayramov Qarabağdakı erməni separatçılarından Ruben Vardanyanın “vəzifədən azad edilməsi”nə münasibət bildirərkən deyib.

Nazir bildirib ki, Azərbaycan II Qarabağ müharibəsindən sonra sülh gündəliyi barədə danışır:

“Artıq dövlətimiz tarixin qara səhifəsini çevirib gələcəyə baxışı nümayiş etdirməyə hazır olduğunu bildirib. Bu kontekstdə Qarabağda yaşayan erməni əsilli sakinlərin Azərbaycan cəmiyyətinə ictimai, siyasi və iqtisadi səviyyədə inteqrasiya işlərinə başlamağa hazır olduğunu və Azərbaycanın suverenliyi ilə bölgənin inkişafı ilə bağlı Prezident İlham Əliyevin ilk gündən açıq, məntiqli və davamlı mesajları olub. Düşünürəm ki, hər kəs bunu qəbul edib. Ona görə özünü erməni əhalisinin nümayəndəsi kimi təqdim etməyə çalışan şəxslə bağlı Azərbaycanın mövqeyi ondan ibarət oldu ki, biz əhalinin nümayəndələri ilə danışmağa hazırıq. Ancaq kənardan gəlib özünü salmış və ya saldırmış, kimlərinsə oyununu oynayan Qarabağa heç bir aidiyyəti olmayan şəxs bizim üçün tərəf müqabili ola bilməz. Vardanyanın həmin mövqedə yer alması mümkünsüz idi. Bu, bir neçə ay çəkdi. Onun arxasında duranlar da başa düşdü ki, bu layihənin heç bir perspektivi yoxdur. Ümumiyyətlə reinteqrasiya prosesi ilə bağlı qərarlar müzakirə edilən zaman dəfələrlə deyilib ki, bu, Azərbaycan Konstitusiyasına və onun tərəf olduğu beynəlxalq müqavilələrə uyğun formatlarda həyata keçiriləcək. Belə olanda həmin əraizdə yaşayan vətəndaşlara şamil olunmalıdır. Bilirsiniz ki, Ermənistan uzun müddət qanunsuz məskunlaşma siyasəti həyata keçirib. Hesab edirəm ki, Vardanyanla qanunsuz məskunlaşanlar arasında heç bir fərq yoxdur. Çünki onun Qarabağa aidiyyəti olmayıb”.

terefsiz.az