XİN-in daha 2 yüksək rütbəli əməkdaşı həbs edildi – SON DƏQİQƏ

0
150

Xarici İşlər Nazirliyinin daha 2 yüksək rütbəli əməkdaşı həbs edilib.

Terefsiz.az xəbər verir ki, Səbail rayon Məhkəməsindən Haqqin.az-a verilən məlumata görə, 9-10 iyul tarixlərində Faiq Bağırov və İlqar Əliyev barəsində həbs qətimkan tədbiri görülüb.

Qeyd edək ki, Faiq Bağırov Konsulluq idarəsinin rəhbəri İlqar Əliyev isə həmin şöbənin əməkdaşıdır. Onlar öncə həbs olunmuş XİN məmurları Fərhad Mollazadə, Səlim Əlizadə və Nurupaşa Abdullayevin verdiyi ifadələr əsasında həbs ediliblər.