XİN Kəlbəcərdəki mina partlaması barədə: “Ermənistanın cəzasız qalması yeni cinayətlərə yol açır!”

0
84

“Bu gün Kəlbəcərdə Ermənistanın yerləşdirdiyi minanın partlaması nəticəsində 4 mülki işçi ağır xəsarət alıb”.

“Terefsiz.az” xəbər verir ki, bunu Azərbaycan Xarici İşlər Nazirliyi tviterdə bildirib.

“Bundan başqa, 1 gizir həlak olub, 3 əsgər yaralanıb. 2020-ci il müharibəsi başa çatdıqdan sonra mina qurbanlarının sayı 278-ə çatıb. Ermənistanın cəzasız qalması yeni cinayətlərə yol açır!”, – tvitdə bildirilib.

terefsiz.az