Xırdalanda gənc özünü binanın 5-ci mərtəbəsindən atdı
Abşeron rayonunda gənc oğlan özünü binanın beşinci mərtəbəsindən ataraq intihar edib.
ONA-ya istinadən Terefsiz.az saytı xəbər verir ki, hadisə Xırdalan şəhərində baş verib.
Yaşadığı binanın beşinci mərtəbəsindəki mənzilin eyvanından özünü atan gənc hadisə yerindəcə ölüb. Meyit Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinə təhvil verilib. Ölənin şəxsiyyəti hələlik müəyyənləşməyib, təxminən 20-25 yaşlarında olduğu bildirilir.
Faktla bağlı Abşeron Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanılıb.
Terefsiz.az