Xırdalanda qız üstdə kütləvi dava: 5 nəfər bıçaqlandı, 2-si öldü – FOTO

0
243

Abşeron rayonunda qətl törədilib.

Terefsiz.az APA-ya istinadən bildirir ki, hadisə zamanı 4 nəfər bıçaqlanıb.

Belə ki, dava zamanı 1992-ci il təvəllüdlü Tural Quliyev, 1992-ci il təvəllüdlü Həsənəliyev İlqar Yaşar oğlu, Məmməd Məmmədov, qardaşı Xəlil Məmmədov və Həsən adlı daha bir şəxs bıçaq xəsarətləri Respublika Klinik Xəstəxanasına yerləşdiriliblər. Onlardan M.Məmmədov və Həsənin həyatını xilas etmək mümkün olmayıb.

Qanlı insidentin bəzi təfərrüatları məlum olub.

 

Xırdalan şəhərinin Mirzə İbrahimov küçəsində bir neçə şəxs arasında qeydə alınmış kütləvi davanın azı 5-6 nəfər arasında yarandığı bildirilir. Şahidlərin sözlərinə görə, dava qız söhbəti üstündə yaranıb.

 

Hadisə ilə bağlı istintaq araşdırmalarına başlanılıb. Abşeron Rayon Prokurorluğunun əməkdaşları və polis nümayəndələri hadisə yerində olub.