Xocalı cəlladlarından biri və oğlu Şuşa uğrunda döyüşlərdə ağır yaralandı.

0
490

TEREFSİZ.AZ saytı xəbər verir ki, Şuşa uğrunda gedən qızğın döyüşlərdə Ermənistanın keçmiş müdafiə naziri general-polkovnik Seyran Ohanyan ağır yaralanıb.

 

Bir qədər əvvəl S.Ohanyanın Şuşanın hərbi komendantı təyin olunduğu barədə məlumat verilmişdi.

Azərbaycanın rəsmi mənbələri Seyran Ohanyanın yaralanması barədə məlumatı təsdiqləyib.

Qeyd edək ki, S.Ohanyan 366-cı moto-atıcı alayın 2-ci batalyonunun komandiri kimi Xocalı soyqırımında aktiv şəkildə iştirak edib.

Həmçinin S.Ohanyanın oğlu David Ohanyanını da yaralandığı bildirilir.

TEREFSİZ.AZ