Xoreoqrafiya Akademiyasında Respublika Gününə həsr olunmuş sərgi açılıb

0
1030

Mayın 27-də Bakı Xoreoqrafiya Akademiyası Təhsil Kompleksində (BXA) akademiyanın İncəsənət fakültəsi və Azərbaycan Fotoqrafları Birliyinin dəstəyi ilə 28 may -Respublika Gününə həsr olunmuş “Zəriflik” adlı fotoqrafika sərgisi açılıb.
AZƏRTAC xəbər verir ki, sərgində 40-a yaxın əsər nümayiş edilib.
Tədbiri giriş sözü ilə BXA-nın tədris işləri üzrə prorektoru Sevda Sadıxbəyova açaraq sərgi haqqında məlumat verib.
Azərbaycan Fotoqraflar Birliyinin sədr müavini Rauf Umud çıxış edərək bildirib ki, bu sərginin əsas iştirakçıları yenicə açılmış incəsənət fakültəsinin yeddi tələbəsi və Fotoqraflar Birliyinin üzvləridir. Tələbələrlə keçirilən ustad dərslərindən sonra  tələbərin verilən tapşırıq akademiyanın həyatını çəkmək olub. “Adətən Xoreoqrafiyanın üzvlərini səhnədə görürük ancaq onların həyatı məhz buradan başlayır. Zövqlə çəkilmiş fotolar gələcəkdə həm akademiyanın, həm də mesabiqələr də belə iştirak etməyə layiqdir. ”, – deyə əlavə edib.
Fotoqraf belə layihələrin gələcəkdə də, hətta digər universitetlərdə də reallaşdırsalar çox böyük əhəmiyyət daşıyar və hər foto tarix yaşada bilər.
Sərgidə çıxış edən Xalq rəssamı Ağəli İbrahimov bildirib ki, bu il Azərbaycan Fotoqraflar birliyinin 20 illik tarixində bir çox layihələrə imza atmışdır. Rəssam-fotoqraflarımız ölkədə və ondan kənarda keçirilən sərgilərdə uğurla çıxış edirlər. Belə layihələrin əhəmiyyəti ondan ibarətdir ki, burada yaşlı nəsillə birgə cavanlar da iştirak edir.
Tədbirdə sərgidə iştirak edən rəssam-fotoqraflar AFB tərəfindən sertifikatlar, Rəssamlar İttifaqı tərəfindən isə diplomlarla təltif olunublar.
Sonda sərgiyə baxış keçirilib. Biri-birindən maraqlı şəkillər sərgiyə gələnlərin marağına səbəb olub.