Xorvatiyalı nazir: “Avropanın enerji təhlükəsizliyində Azərbaycanın rolunu yüksək qiymətləndiririk”

0
407

Xorvatiya ilə Azərbaycan arasında münasibətlərin yüksələn xətlə inkişaf edəcəyinə inanırıq.

Terefsiz.az saytı xəbər verir ki, bu barədə Xorvatiyanın Azərbaycandakı səfirliyinin açılışında bu ölkənin Baş Nazirinin müavini, Xarici və Avropa İşləri naziri Mariya Peyçinoviç Buriç bildirib.

“Azərbaycanla Xorvatiya arasında siyasi, iqtisadi, təhsil və s. sahələrdə münasibətlərin yüksələn xətlə inkişaf edəcəyinə inanırıq. Səfirliyin məhz mənim Azərbaycana səfərim vaxtı açıldığına çox şadam. Səfirliyin açılması münasibətlərimizin çox mühüm parçasıdır, əlaqələrimizi daha da gücləndirəcək”, – deyən xorvatiyalı nazir Azərbaycanla “Şərq Tərəfdaşlığı” proqramı çərçivəsində də əməkdaşlıq etdiklərini deyib.

“Avropanın enerji təhlükəsizliyində Azərbaycanın rolunu yüksək qiymətləndiririk. Həmçinin Azərbaycanla Avropa İttifaqı arasında yaxın vaxtlarda imzalanacaq və qarşımızda yeni imkanlar açacaq yeni sazişi də alqışlayırıq”, – nazir əlavə edib.

Terefsiz.az