” Xüsusi Karantin rejimi ilə bağlı əlavə tədbirlər ” haqqında qərar

0
327

AZƏRBAYCAN RESPUBLİKASININ
NAZİRLƏR KABİNETİ
Q Ə R A R

“Xüsusi karantin rejimi ilə bağlı əlavə tədbirlər barədə”

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il
12 sentyabr tarixli .336 nömrəli Qərarında
dəyişiklik edilməsi haqqında
“Sanitariya-epidemioloji salamatlıq haqqında” Azərbaycan
Respublikası Qanununun 25-ci maddəsinə və Azərbaycan
Respublikası Nazirlər Kabinetinin 2020-ci il 28 fevral tarixli 73-1
nömrəli Qərarı ilə təsdiq edilmiş “Yoluxucu, parazitar və kütləvi
qeyri-yoluxucu xəstəliklərin əmələ gəlməsi, yaxud yayılması
təhlükəsi yarandıqda karantin-təşkilat, profilaktika və digər zəruri
tədbirlərin görülməsi Qaydaları”na əsasən Azərbaycan
Respublikasının Nazirlər Kabineti qərara alır:
1. “Xüsusi karantin rejimi ilə bağlı əlavə tədbirlər barədə”
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 12 sentyabr
tarixli 336 nömrəli Qərarında aşağıdakı dəyişikliklər edilsin:
1.1. 1.1-ci bəndə “ərazisində” sözündən sonra “(bu Qərarın
1.2-ci və 1.3-cü bəndləri nəzərə alınmaqla)” sözləri əlavə edilsin;
1.2. 1.1.2-1-ci yarımbənd aşağıdakı redaksiyada verilsin:
“1.1.2-1. operativ və xüsusi təyinatlı nəqliyyat vasitələrinin,
habelə yükdaşıyan avtomobillərin hərəkəti istisna olmaqla,
Sabirabad şəhərinə, Sabirabad rayonunun Cavad, Türkədi,
Qalağayın və Kürkəndi kəndlərinə, Mingəçevir, Şəki, Lənkəran
şəhərlərinin, Ağstafa, Qax, Zaqatala, Biləsuvar, Cəlilabad, Masallı, 2

İsmayıllı, Quba və Xaçmaz rayonlarının inzibati ərazisinə giriş-çıxışın

dayandırılması;”;

1.3. 1.1.15-ci yarımbənd aşağıdakı redaksiyada verilsin:

“1.1.15. Gəncə, Yevlax, Mingəçevir, Şirvan şəhərlərinin,

Göygöl, Samux, Sabirabad, Ağstafa rayonlarının inzibati ərazisində

7 noyabr saat 00:00-dan 9 noyabr saat 06:00-dək, 14 noyabr saat

00:00-dan 16 noyabr saat 06:00-dək, 21 noyabr saat 00:00-dan

23 noyabr saat 06:00-dək və 28 noyabr saat 00:00-dan 30 noyabr

saat 06:00-dək ictimai nəqliyyatın hərəkətinin dayandırılması.”;

1.4. aşağıdakı məzmunda 1.3-cü bənd əlavə edilsin:

“1.3. Bu Qərarın 1.1-ci bəndində göstərilənlərlə yanaşı, sərtləş-

dirilmiş xüsusi karantin rejimi dövründə Şəki, Lənkəran şəhərlərinin,

Qax, Zaqatala, Biləsuvar, Cəlilabad, Masallı, İsmayıllı, Quba,

Xaçmaz rayonlarının inzibati ərazisində 2020-ci il 23 noyabr saat

06:00-dək bu Qərarın əlavəsində nəzərdə tutulan sahələr istisna

olmaqla, digər sahələrdə və istiqamətlərdə fəaliyyət dayandırılır.”.

2. Bu Qərar 2020-ci il 7 noyabr saat 00:00-dan qüvvəyə minir.

Əli Əsədov

 Azərbaycan Respublikasının Baş naziri