Xətai rayonunda 4 yaşlı uşağı avtomobil vurub

0
71

Bakının Xətai rayonunda azyaşlının xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

“Terefsiz.az”  “Report”a istinadən xəbər verir ki, avtomobil yolu keçən 2019-cu il təvəllüdlü Əzimzadə M.Z.-ni vurub.

Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb.

Hadisənin təfərrüatı araşdırılır.

terefsiz.az