Sentyabrın 19-da Xəzər dənizində 3 bal gücündə zəlzələ olub.
Terefsiz.az saytı Azərbaycan Milli Elmlər Akademiyası nəzdindəki Respublika Seysmoloji Xidmət Mərkəzinə istinadən xəbər verir ki, yeraltı təkanlar yerli vaxtla saat 01:43-də qeydə alınıb.
Ocağı 14 kilometr dərinlikdə yerləşən zəlzələ hiss olunmayıb.
Terefsiz.az