Xəyalınızdakı ideal çəkiyə qovuşmaq üçün pəhriz saxlamağınıza ehtiyac yoxdur. Sadəcə, bəzi qidaları menyunuza daxil edərək bədəninizdəki yağların əriməsini sürətləndirə bilərsiniz.
Terefsiz.az yağları əridən və eyni zamanda toxluq hissi yaradan qidaları təqdim edir:
Kivi
Kivi 1990-cı illərdə ən çətin tapılan, yalnız zənginlərin yeyə bildiyi meyvə hesab olunan kivi artıq bütün marketlərdə satılır. Kivi orqanizm üçün ən faydalı meyvələrdən biridir. Portağal və limondan 2 dəfə çox C vitamini ehtiva edir. C vitamini maddələr mübadiləsini sürətləndirir və orqanizmin daha çox yağ xərcləməsini təmin edir. Aparılan araşdırmalarda idmandan öncə bol miqdarda C vitamini qəbul edən insanların məşq zamanı daha çox kalori xərclədiyi sübut edilib. Gündə sadəcə, bir ədəd kivi yeməklə gündəlik C vitamini ehtiyacını ödəyirsiniz. Kivi həm də liflə zəngin olduğundan insanı tox saxlayır. Kalium ehtiva etdiyi üçün idmandan sonra hiss edilən əzələ ağrılarını azaldır.
Xiyar
Xiyarın 95 faizi sudur. Ona görə də, kalorisi çox azdır və toxluq hissi verir. Demək olar ki, bütün pəhriz proqramlarında xəstəyə istədiyi qədər xiyar yeməyə icazə verilir. Tərəvəzin lifindən faydalanmaq istəyirsinizsə, qabıqlı yeyin.
Qatıq
Qatıq xüsusilə qarın bölgəsindəki yağları əritməkdə çox təsirlidir. Qatığın möcüzəsi ondadır ki, o, bir tərəfdən yağları əridərkən, digər tərəfdən də ehtiva etdiyi kalsium sayəsində əzələləri gücləndirir. Araşdırmalar zamanı hər gün bir stəkan qatıq yeyən xəstələrin bel bölgəsindəki yağların sürətlə əridiyi müşahidə edilib.
Enginar
Enginar qaraciyəri qoruyan ən effektli tərəvəz hesab edilir. Maqnezium, kalium və liflə zəngindir. Tərkibindəki maqnezium sayəsində yağların parçalnamasını və bədəndən atılmasını təmin edir. Ehtiva etdiyi lif sayəsində tox saxlayır. Çiy halda və ya suda bişirərək salatlara əlavə edə bilərsiniz. Qəlyanaltı zamanı qatığın içərisinə rəndələnmiş enginar əlavə edərək yemək maddələr mübadiləaini inanılmaz dərəcədə sürətləndirir.
Moruq
Antioksidantlarla zəngindir. Yay aylarında detoks edənlərə tövsiyə edilir. Bu meyvə yağları parçalayır və bədəndən atılmasını sürətləndirir. Yüksək miqdarda lif ehtiva etdiyi üçün tox saxlayır. C vitamini anbarıdır. Tərkibində kalium da var. Kalorisi az olduğu üçün hər gün yeyə bilərsiniz. 150 qram moruq 51 kalori edir.