Yaponiya imperatoru Akihito taxtını tərk edir

0
325

Yaponiya imperatoru Akihito taxtını tərk edir

Terefsiz.az saytı xəbər verir ki, Yaponiya imperatoru 85 yaşlı Akihito aprelin 30-da könüllü şəkildə taxtını tərk edəcək.

Bununla əlaqədar olaraq imperatorun Tokionun mərkəzindəki sarayında xüsusi mərasimlər keçiriləcək. İmperator özündən əvvəl hakimiyyətdə olmuş 124 imperatorun xatirəsinə həsr olunmuş məbəddə dua edəcək.

Bu mərasim imperator ailəsindən başqa hər kəsə qapalıdır. Mərasimin ikinci hissəsinə isə 300 xüsusi qonaq dəvət edilib. Hökumət adından Sindzo Abe çıxış edəcək.

İmperator taxtına vəliəhd şahzadə 59 yaşlı Naruhito əyləşəcək.

Hər hökmdarın hakimiyyət dövrünə bir ad verilməsi ənənəsinin davamı olaraq Naruhitonun dövrü  Reyva ( Gözəl Harmoniya) adlandırılacaq. Akihitonun hakimiyyət dövrünün adı Heysey, yəni Barış dövrüdür.

Qeyd edək ki, Yaponiyada qanun imperatorların siyasi həyatda iştirakını qadağan edir. Onlar yalnız dövlətin və xalqın simvolu olaraq bəzi mühüm mərasimlərə qatılırlar.

İstinad: TASS

Terefsiz.az