Yaponiyada iki zəlzələ baş verib, xəsarət alanlar var

0
88

Yaponiyada 5,2 və 5,9 maqnitudada iki zəlzələ baş verib.

“Terefsiz.az”ın məlumatına görə, bu barədə ABŞ-ın Geologiya Xidməti məlumat yayıb.

Məlumata görə, birinci zəlzələ Tiba prefekturasında 5,2 maqnitudada qeydə alınıb. Zəlzələ ocağı 35 kilometr dərinlikdə yerləşib. Təbii hadisə zamanı 4 nəfər xəsarət alıb.

İkinci zəlzələ Okinava prefekturasında Miyakojima adasında 5,9 maqnitudada baş verib. Zəlzələ ocağı 64 kilometr dərinlikdə yerləşib.

Son zəlzələdə dağıntı və tələfat qeydə alınmayıb.

terefsiz.az