Yaponiyada tualet kağızının oğurlanmasının qarşısını almaq üçün onu lənətlədilər

0
125

Yaponiyanın Niiqata prefekturasında yerləşən dükanlardan birinin əməkdaşları tualet kağızı oğrularının əlindən beziblər.

“CNN” xəbər verir ki, nəticədə onlar tualet kağızını ağır lənətləməyə qərara gəliblər.

Qeyd etmək lazımdır ki, bundan sonra oğurluq halları kəskin şəkildə azalıb.

Bundan əvvəl dükandan hər gün 3-5 rulon tualet kağızı oğurlanırdı.

Həmin lənətlərin müəllifi dükanın əməkdaşı Mink İtaçibedir.

“Lənətdə ac bədheybətin gəlib oğruları yeyəcəyi yazılıb. Mən bunu zarafat üçün etdim, lakin görünən odur ki işə yaradı. Yapon xalqı olduqca mövhümatçıdır”, – deyə İtaçibe əlavə edib.

istinad:oxu.az