Yaponiyanın iqtisadiyyat naziri seçicilərə yemiş payladığına görə istefa verib

0
167

Yaponiyanın iqtisadiyyat, ticarət və sənaye naziri İssyu Suqavara seçiciləri ələ alması ilə bağlı yaranmış qalmaqala görə vəzifəsindən istefa verib.

Terefsiz.az TASS-a istinadən xəbər verir ki, bu barədə ölkənin İctimai Televiziyası məlumat yayıb.

Qeyd edilir ki, istefa haqqında ərizə Nazirlər Kabinetinin cümə günü səhərki iclasında verilib. Nazir seçiciləri ələ almaqda ittiham olunurdu. Xüsusi halda, yerli həftəlik nəşrin məlumatına görə, Suqavara parlamentə seçildiyi dairədən seçicilərə yemiş hədiyyə edib.

Xatırladaq ki, İssyu Suqavara həmçinin Yaponiyanın Rusiya ilə iqtisadi əlaqələrinin inkişafına nəzarət edirdi.