Yaponların Kişida hökumətinə etimadsızlıq səviyyəsi 50 %-i keçib

0
71

Baş nazir Fumio Kişidanın rəhbərlik etdiyi Yaponiya hökumətinə etimadsızlıq səviyyəsi 50 %-dən yuxarı qalxıb ki, bu da onun ötən ilin oktyabrında vəzifəyə gəlişindən sonra rekord göstəricidir.

“Terefsiz.az” xəbər verir ki, bu barədə “Kyodo” agentliyi ictimai rəy sorğusunun nəticələrinə istinadən məlumat yayıb.

Agentliyin məlumatına görə, bu göstərici 51,6 % təşkil edib.

Yaponiyada etimadsızlığın kritik səviyyəsi 30 %-lik hədd hesab olunur. Belə göstəricilərlə baş nazirlər tez-tez istefa verir və yeni hökumət başçısı üçün seçkilər təyin olunur. Kişida özü sələfi Yoşihide Suqanın hökumətinin 29 %-ə düşməsindən sonra baş nazir olub.

Etimadın aşağı düşməsinin əsas səbəbləri qiymətlərin qalxması və Yaponiyanın keçmiş baş naziri Şinzo Abenin dəfn mərasiminin parlamentdə müzakirə edilmədən dövlət hesabına keçirilməsidir. Bir sıra nazirlərin ətrafında yaranan qalmaqallar vəziyyəti daha da gərginləşdirib.

terefsiz.az