Yarımfinalda alman-fransız qarşıdurması – ÇL-də ilk

0
1037

Çempionlar Liqasında yarımfinalçıların müəyyənləşməsi ilə turnirin tarixində bir ilk yaşanıb.



TEREFSİZ.AZ saytı  xəbər verir ki, adətən ÇL-in favoritlərindən olan İngiltərə, İspaniya və İtaliya klublarından yarımfinala çıxan olmayıb.

Yarış Çempionlar Liqası adı ilə keçiriləndən (1991-1992 mövsümü) bu hal ilk dəfə baş verir.

Final uğrunda mübarizədə ilk Almaniya və iki Fransa klubu qarşılaşacaq. Fransanın iki təmsilçisinin yarımfinala çıxması da turnirin tarixində ilkdir.

Yarımfinala yüksələn dörd komandadan üçünün (“Bavariya”, “Leyptsiq”, PSJ) baş məşqçisinin alman olması da diqqət çəkən məqamdır. “Lion”un çalışdırıcısı Rudi Qarsiya isə fransalıdır.


Yarımfinal cütlükləri

18 avqust

 

“Leyptsiq” (Almaniya) – PSJ (Fransa)

19 avqust

“Lion” (Fransa) – “Bavariya” (Almaniya)