Yarımfinaldan sonra fransalı və mərakeşli azarkeşlər arasında toqquşmalar başlayıb – VİDEO

0
77

Dünya çempionatının yarımfinal oyunundan sonra Fransa və Mərakeş azarkeşləri arasında toqquşma başlayıb.

“Terefsiz.az” xəbər verir ki, bu barədə “Le Figaro” nəşri məlumat yayıb.

Parisdəki Yelisey meydanında, eləcə də Nitsada küçə toqquşmaları baş verir.

Bildirilib ki, azarkeşlər bir-birlərinə fişəng atışları ilə atəş açırlar. Nəşrin xəbərinə görə, fransızlar mərakeşli azarkeşləri “Ərəblər, rədd olun!” və “Öz evimizdəyik” şüarları ilə təqib edirlər. Monpelyedə toqquşmalarda zərərçəkənlərin olduğuna dair məlumat yayılıb.

Xatırladaq ki, Qətərdə keçirilən dünya çempionatının ikinci yarımfinal oyununda Fransa yığma komandası Mərakeşi 2:0 hesabı ilə məğlub edərək finala yüksəlib.

terefsiz.az