Yazar Etibar Həsənzadənin “Vətən uğrunda” adlı kitabı işıq üzü görüb

0
1917

Etibar Həsənzadənin “Qarabağ Azərbaycandır” adlı fərdi layihəsi çərçivəsində “Vətən uğrunda” adlı kitabı işıq üzü gördü. Qeyd edək ki, bu kitab Etibarın sayca 10-cu kitabıdır.

Kitab 44 günlük Vətən müharibəsində iştirak edən daşkəsənli döyüşçülərin həyat və döyüş yoluna həsr olunmuşdur. Kitabın ilk səhifələrindəVətən müharibəsi haqqında geniş məlumat verilmişdir.


Kitab generalımız Polad Həşimovun həyatı, döyüş yolu, onun əsgəri olmuş daşkəsənli döyüşçülərin onun haqqında xatirələri ilə başlayır və 196 nəfəri əhatə edir.

Bunlardan 34 nəfəri şəhidlərimiz, qalanı isə veteranlarımızdır. Kitaba ehtiyatda olan polkovnik -leytenant, Bakı ş. Suraxanı r. İHB Aparatında

Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Elmar Hüseynov ön söz vermişdir.

Kitab M.F.Axundov adına Azərbaycan Milli Kitabxanasına, AMEA MEK-in “Qarabağ müharibəsi qəhrəmanları” fonduna, Polad Həşimovun ev muzeyinə, Sumqayıt şəhər Polad Həşimov adına 28 saylı tam orta məktəbdə yaradılmış Polad Həşimov adına muzeyə, şəhid ailələrinə və döyüşçülərimizə hədiyyə olunmuşdur.

Ölkəmizin bir çox böyük kitabxanalarına da hədiyyə olunması nəzərdə tutulmuşdur. Avqustun 3-də Daşkəsən rayonunda Daşkəsən rayon İcra Hakimiyyəti və CHXÇDX-nın Daşkəsən rayon bölməsinin təşkilati dəsətyi ilə “Vətən uğrunda” kitabının təqdimat mərasimi keçirilmişdir.

Tədbirdə Daşkəsən İHB-nın səlahiyyətlərini müvəqqəti icra edən Vüqar Məmmədov, Daşkəsən rayon prokuroru Şahin İmanov, SHXÇDX-nın Daşkəsən rayon bölməsinin rəisi Səbuhi Abdullayev, Azərbaycanın əməkdar mədəniyyət işçisi, şair- publisist Qəşəm Nəcəfzadə, ehtiyatda olan tibb üzrə polkovnik-leytenant Vüqar Bağırov, şəhid ailələri, qazilər, veteranlar və digər ictimaiyyət nümayəndələri iştirak edirdilər. Çıxış edənlər yazar Etibar Həsənzadəyə yeni-yeni yaradıcılıq uğurları arzuladılar.

Terefsiz.az