Tunis sahillərində miqrantları daşıyan qayıq qəzaya uyğrayıb.
Terefsiz.az saytı bildirir ki, hadisə nəticəsində 60 qeri-leqal miqrant həlak olub. Ölənlərin əksəriyyəti banqladeşlidir. Qayıq Tunis sahilindən 74 kilometr aralıda, Sfaks liman şəhəri yaxınlığında batıb.
Məlumatı Qırmızı Aypara humanitar təşkilatının Tunis şöbəsinin başçısı Monji Slima tədiqləyib.
Xilas olunan miqrantların sözlərinə görə, onlar 8 saata yaxın soyuq suda qalıb və Tunis balıqçıları tərəfindən xilas ediliblər. Balıqçılar öz növbəsində ölkənin Hərbi Dəniz Qüvvələrinə məlumat veriblər.
Xilas olunanlar arasında 14 Banqaladeş vətəndaşı, misirli və mərakeşli var.
İstinad: Trend.az
Terefsiz.az