ABŞ-ın Florida ştatının polisi “Craiglist” saytında yeni doğulmuş körpəsini 500 dollara satmağa hazırlaşan reklamın yaradıcısını axtarır.
Bu barədə Terefsiz.az “The Sun”-a istinadən xəbər verir.
Sayta 22 noyabrda yerləşdirilmiş reklamda deyilir:
“Yeni doğulmuş uşaq 500 dollara satılır. Körpə iki həftəlikdir. Yatır, gecələr səs salmır. Süni qida və geyimi komplektə daxildir. 4 yaşlı bacısını da pulsuz hədiyyə edə bilərik”.
Reklamda həm də qeyd olunub ki, müəllif uşağını böyütmək istəmədiyi üçün həbs olunmasını istəmir.
Reklam artıq silinsə də, polis cinayətkarı tapmaq niyyətindədir.
istinad:oxu.az