Yeni yetmə ögəy qızına təcavüz edən “kişi”

0
1033

“Axşam saat bir, ikiyə işləmiş idi. Hasardan atlanıb, Əfsanənin səsinə çıxdım ki, görüm nə olub. Çıxdım, gördüm ki, qanın içindədir bütün. Ayağına bıçaq soxub, bir iki dənə yerinə bıçaq soxub. Polisə zəng elədim ki, gəlsinlər. Polis, təcili yardım gəldi, sonra da apardılar xəstəxanaya”, – bu sözlər mərhum 14 yaşlı Günay Şadatovanın qonşusuna məxsusdur.

Bu haqda bu gün, 3 fevral tarixində “Terefsiz.azİTV Xəbər-ə istinadən məlumat verir.

Qonşu hadisəni törədən kişinin psixi cəhətdən də normal adam olmadığını deyir. “Həmişə evlərində qırğınları olub. Elə iki-üç gün qabaq gedib ərizə verib polisə ki, qızına təcavüz elədiyinə görə”, – deyə yaxınlıqda yaşayan qadın əlavə edib.

Əldə olunan məlumata görə, Əfsanə Şadatova polisə xəbər verənədək ona bıçaqla xəsarət yetirəndən sonra həmin şəxs 14 yaşlı ögey qızını kirayələdiyi avtomobillə Zabrat gölünün yaxınlığına aparıb.

Qətli həyata keçirən ögey ata hadisə yerindən qaçıb. Polisə məlumat çatan kimi Sabunçu rayon Polis İdarəsinin və 14-cü bölmənin əməkdaşları dərhal əməliyyata başlayıblar.

DİN-in nümayəndəsi Nurlan Əliyev bildirib ki, polis əməkdaşlarının keçirdikləri tədbirlərlə cinayət əməlini törətməkdə şübhəli bilinən, Əfsanə Şadatova ilə qeyri-rəsmi münasibətdə olan 42 yaşlı Zaur Babayev müəyyən olunaraq saxlanılıb.

Əfsanə Şadatovanın əvvəlki həyat yoldaşından iki övladı var. Artıq 8 ildir ki, qeyri-rəsmi nikahda yaşadığı şəxsdən isə bir və iki yaşında uşağı olub.

Sabunçu rayon prokurorluğunda Cinayət Məcəlləsinin “Qəsdən adam öldürmə” maddəsi ilə cinayət işi başlanıb.

terefsiz.az