Yevlaxda 22 yaşlı arvadını boğaraq öldürən şəxslə bağlı cinayət işi başlanıb

0
83

Yevlax rayonunda 22 yaşlı həyat yoldaşını boğaraq qətlə yetirən şəxslə bağlı cinayət işi başlanıb.

Bu barədə  Yevlax Rayon Prokurorluğundan məlumat verilib.

Bildirilib ki, noyabrın 19-u saat 6 radələrində 2000-ci il təvəllüdlü Nuridə Salmanovanın öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub. Aparılmış araşdırmalarla zərərçəkmişin əri, 1993-cü il təvəllüdlü Anar Salmanovun şəxsi münasibətlər zəminində aralarında yaranmış münaqişə zamanı ip vasitəsilə Nuridə Salmanovanı boğaraq qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Yevlax Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Anar Salmanov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.

İş üzrə istintaq davam edir.

terefsiz.az