Batan dostlarını xilas etməyə çalışan yeddi məktəbli çayda boğulub.
Terefsiz.az oxu.az-a istinadən xəbər verir ki, dəhşətli hadisə Çində baş verib.
Misn yaşayış məntəqəsinin yerli hökuməti 200 nəfərin iştirakı ilə xilasetmə əməliyyatına başlasalar da, onları xilas etmək mümkün olmayıb. Axtarış zamanı səkkiz uşağın meyiti tapılıb.
İlkin məlumatlara görə, onların hamısı ibtidai sinif şagirdləri olublar. Su anbarının yaxınlığında oynayan zaman uşaqlardan biri təsadüfən suya yıxılıb. Qalan yeddi uşaq isə ona kömək etmək istəyiblər, ancaq çaydan çıxa bilməyiblər.