“Yüksəliş” müsabiqəsində 3000 nəfərdən çox şəxs qeydiyyatdan keçib

0
198

“Yüksəliş” müsabiqəsinin qeydiyyat mərhələsində bayram günlərində də yüksək fəallıq müşahidə olunub.

Terefsiz.az bildirir ki, son 10 gündə 3000 nəfərdən çox şəxs müsabiqədə iştirak etmək üçün qeydiyyatdan keçib. Xatırladaq ki, “Yüksəliş” müsabiqəsinin qeydiyyat mərhələsi fevralın 2-də bitəcək. Müsabiqədə 21-51 yaş arasında olan, ali təhsilli, ən azı 2 il idarəçilik təcrübəsinə malik Azərbaycan vətəndaşları iştirak edə bilərlər.

Müsabiqəyə qoşulmaq istəyən gəncləri daha çox maraqlandıran onlardan ən azı 2 il idarəçilik təcrübəsinə malik olmağın tələb edilməsidir. Müsabiqənin mətbuat xidmətindən bildirilib ki, qeydiyyat mərhələsində namizədlərin istənilən sahədə qazandığı idarəçilik təcrübəsi nəzərə alınır.

21 yaşlı vətəndaş hər hansı ictimai birlikdə və yaxud təhsil aldığı illərdə hər hansı işdə çalışa bilər. Məsələn, ali təhsil müəssisəsini yeni bitirmiş gənclərin tələbə təşkilatlarında, tələbə klublarında, könüllülər hərəkatında idarəetmədə təmsil olunması da təcrübə kimi qəbul ediləcək.

istinad:oxu.az