Yunanıstanın Larisa şəhəri yaxınlığındakı Evanqelizmosda sərnişin qatarının qəzaya uğraması nəticəsində 40 nəfər ölüb, 90 nəfərdən artıq insan isə yaralanıb.
“Terefsiz.az” xarici mətbuata istinadən xəbər verir ki, Afina – Saloniki marşrutu ilə hərəkət edən sərnişin qatarı gecə yarısı yük qatarı ilə toqquşub. Daha sonra sərnişin qatarının 3 vaqonu relsdən çıxaraq aşıb və yanıb.
Qəzadan sonra hadisə yerinə 30-dan çox təcili tibbi yardım, o cümlədən yanğınsöndürə və digər xüsusi təyinatlıların nəqliyyat vasitələri cəlb edilib.
Qəzadan sonra hökumət təcili olaraq Katerini və Larisa xəstəxanalarında yaralıların qəbulu üçün şöbələrin açılması barədə göstəriş verib.
“Yunanıstanda Larissa yaxınlığında onlarla insanın həyatına son qoyan dəhşətli qatar qəzası bizi dərindən kədərləndirdi”.
Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyindən bildirilib.
“Bütün qurbanların yaxınlarına dərin hüznlə başsağlığı verir və yaralananların tezliklə sağalmasını arzu edirik. Fikirlərimiz Yunanıstan xalqı və hökuməti ilədir”, – nazirliyin başsağlığında qeyd olunub.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan da Yunanıstan Prezidenti Katerina Sakellaropulu və Baş nazir Kiriakos Mitsotakisə başsağlığı verib.
Türkiyə Prezident Administrasiyasının yaydığı məlumata görə, Ərdoğan başsağlığı məktubunda Yunanıstanda baş vermiş qatar qəzasına görə kədərini ifadə edib, həyatını itirənlərin yaxınlarına başsağlığı verib, yaralılara şəfa diləyib.