Bu gün Yupiter 59 ildən sonra Yerə ən yaxın məsafədə müşahidə edilib.
“Terefsiz.az” xəbər verir ki, Yupiter, Yer və Günəş bir xəttə düzülüb.
Təbiət hadisəsini Bakı Dövlət Universitetinin (BDU) həyətində ali təhsil müəssisəsinin rəhbərliyi, müəllimləri, tələbələri, ictimaiyyət və media nümayəndələri izləyiblər.
Belə ki, Yupiter öz orbitinin Günəşə ən yaxın nöqtəsinə (perihelion) yaxın, səma cismindən 4,96 astronomik vahid məsafədə olub. Bu iki hadisənin üst-üstə düşməsi Yupiterin böyük qarşıdurması adlanır. Təxminən, 12 ildə bir dəfə baş verir və Yerlə Yupiter arasındakı məsafənin də minimum göstəricilərə (3,95 astronomik vahid) azalması ilə diqqət çəkir.
Yupiter səma ekvatoruna yaxın Balıqlar bürcündə (ulduzlar topası) müşahidə edilib. Şimal enliklərində isə bir neçə ildən sonra ilk dəfə olaraq üfüqdən kifayət qədər yüksəkliyə qalxıb.
Bakı Dövlət Universiteti astrofizika kafedrasının dosenti Xıdır Mikayılovun sözlərinə görə, növbəti belə təbiət hadisəsi 2034-cü il oktyabr ayının 1-də müşahidə olunacaq:
“Bu astronomik hadisədir, insan üçün heç bir təsiri yoxdur”.