Yuri Podolyaka: “Bir neçə həftə qalıb, hər şey Azərbaycan Ordusunun əlindədir”

0
481

Ermənistan cəmiyyəti kapitulyasiyanı qəbul etməyə hazır deyil, baxmayaraq ki, siyasətçilər hər şeyi gözəl anlayır və baş verənlərlə bağlı özlərinə hesabat verirlər. Ancaq məhz siyasətçilər 20 ildən çox öz cəmiyyətlərini aldadıblar və Qarabağın əbədi olaraq ermənilərin olacağından danışıblar.

 

TEREFSİZ.AZ saytı xəbər verir ki, bu sözləri Media.Az-a müsahibəsində məşhur ukraynalı analitik, “Yuri Podolyaka” “Youtube” kanalının müəllifi Yuri Podolyaka bildirib.

“Bəs indi onlar öz xalqlarına necə izah edə bilərlər ki, bu yalan olub, kapitulyasiyaya razılaşmaq lazımdır, yoxsa daha pis olacaq. Heç bir erməni hökuməti buna getməz. Mən ötən əsrin 90-cı illərində baş verən, prezident Əbülfəz Elçibəyin hakimiyyəti itirdiyi vəziyyətin təkrarlanmasını istisna etmirəm. O zaman artıq Nikol Paşinyan heç bir şeyə görə cavab verməyəcək. Elə yeni hökumət də formal olaraq heç nəyə görə məsuliyyət daşımayacaq. Beləliklə erməni cəmiyyəti baş verənlərlə barışacaq, artıq formalaşmış olan yeni status-kvonu qəbul edəcək”, – deyə ekspert bildirib.

 

Yuri Podolyaka həmçinin münaqişənin tənzimlənmə üsulu barədə da fikirlərini açıqlayıb:

 

“Hər şey Azərbaycan ordusunun uğurlarından asılı olacaq. Artıq iş müharibəyə çatdığından siyasətçilər sadəcə hərbçilərin uğurlarını qeyd edirlər. Əgər Azərbaycan Silahlı Qüvvələri sona qədər getsə, o zaman erməni tərəfi kapitulyasiya imzalayacaq. Əks halda İrəvan hər şeyi gecikdirməyə çalışacaq. Ancaq təxmin etməyə dəyməz. Yaşayarıq, görərik. Bir neçə həftə qalıb. Hər şey sizin hərbçilərinizin əlindədir”.

TEREFSİZ.AZ