“Yuventus”dan Türkiyə millisinin üzvünə təklif
“Alanyaspor”un futbolçusu Merih Demirəl “Yuventus”a keçə bilər.
Terefsiz.az-ın İtaliya mətbuatına istinadən yaydığı məlumata görə, Turin klubunun idman direktoru Fabio Paratiki 21 yaşlı müdafiəçinin transferi üçün “Alanyaspor” rəhbərliyi ilə görüşüb.
“Ağ-qaralar”ın Türkiyə millisinin üzvü üçün 15 milyon avro ödəməyə hazır olduğu deyilsə də, onun “Torino” ilə 5 illik müqavilə bağlayacağı haqda xəbərlər də yayılıb.
Qeyd edək ki, Merih Demirəl hazırda icarə əsasında “Sassuolo”nun formasını geyinir və bu mövsüm 13 qarşılaşmaya çıxaraq 2 qol vurub.
Terefsiz.az