Bütün dünyada tüğyan edən koronavirus (COVİD-19) pandemiyası çox təəssüflər olsun ki, ölkəmizdən yan keçmədi. Bunun nəticəsidir ki, ölkədə əvvəlcə karantin, sonra isə xüsusi karantin rejimi tətbiq olundu. Həyat sanki “dondu”. Lakin elə müəssisələr var ki, həyati önləm daşıdığı üçün onlar hal – hazırda fəaliyyət göstərir. Belə müssəsisələr sırasına supermarketlər də daxildir. Mövcud vəziyyətdə fəaliyyət göstərən, sanitar – gigiyenik qaydalara nə dərəcədə riayət edildiyini öyrənmək üçün Azərbaycan Fotoqrafları Birliyinin üzvü yolunu “GRANDMART” supermarketlər şəbəkəsinin Yasamal rayonu, Şıxəli Qurbanov 21 ünvanında yerləşən filialına saldı. Müəssisə rəhbərliyinin müvafiq icazəsinə əsasən supermarketdə xırda bir “fotoreyd” keçirdi. Kadrlardan da göründüyü kimi müəssisə tərəfindən sanitar – gigiyenik normalara əməl olunur. Bütün personal tibbi əlcəklər və maskalarla təmin olunmuşdur. Biz də öz növbəmizdə “GRANDMART”ın bütün kollektivinə dərin təşəkkürümüzü bildirir və fəaliyyətlərində uğurlar arzu edirik.
Foto: Sadıq Əliverdibəyli