Zamiqin Naxçıvanda solo konserti baş tutdu – FOTO

0
217

Terefsiz.az saytı xəbər verir ki, müğənni Zamiq Hüseynov Naxçıvanda solo konsert verib.

Belə ki, meydanda quraşdırılan səhnənin dekorasiyası, işıqlar və səs avadanlıqları Bakıdan gətirilib. O, pərəstişkarları üçün 1 saat 45 dəqiqə ərzində 20 hitini səsləndirib. Onu səhnədə öz ansamblı və 4 rəqqas müşayiət edib.

Sənətçi konsertdən əvvəl media nümayəndələrinin suallarını cavablandırıb. O, hazırlıq prosesindən danışıb:

“Heydər Əliyev Sarayındakı özəl konsertimdə repertuara daxil olan bəzi mahnıları yenə səsləndirdim. Daha sonra rəqs qrupları cəlb etdik. Çalışdıq ki, saraydakı konsertin yaxşı tərəfini açıq hava tədbirinə uyğunlaşdıraq. Mahnılarımı canlı ifa etdim. Bir-iki mahnını fonoqram səsləndirdim. Çünki hazırlamağa vaxtımız olmadı. Geyimlər üzərində yenə özüm çalışmışam. Səhnədə istədim ki, ağ və rəngarəngliyin vəhdəti təşkil olunsun”.

Zamiq toy və böyük tədbirlərdə bütün işlərlə özünün maraqlandığını söyləyib:

“Böyük bir komandamız olsa da, hər şeylə özüm maraqlanıram. Bəzi hallarda axsamalar olur. Özüm o halda məsələyə qarışıram, çatışmazlıqları aradan qaldırıram. Bu zaman əziyyət çəkirəm.  Konsert, toyqabağı əsəb keçirirəm. Bir az haldan düşürəm, fikrim başqa yerə yönəlir. Əslində mən bu tədbirlərdə sadəcə ifa haqqında fikirləşməliyəm. Bu, bir az məni yorur, arxaya atır. İstəyərdim ki, daha da böyüyək. Yaxın gələcəkdə yaxşı planlarım var”.

TEREFSİZ.AZ