Zelenski 41 yaşayış məntəqəsinin işğaldan azad olunduğunu açıqlayıb

0
58

Ukrayna Prezidenti Volodimir Zelenski ölkənin cənubunda 41 yaşayış məntəqəsinin Rusiya işğalından azad olunduğunu açıqlayıb.

“Terefsiz.az” xəbər verir ki, bu barədə dövlət başçısı ənənəvi axşam videomüraciətində danışıb.

“Bu gün cənubdan şad xəbərlər var. 41 yaşayış məntəqəsi işğaldan azad olunub. Bu irəliləyişi təmin edən bütün qəhrəmanlarımıza minnətdaram”, – Ukrayna lideri vurğulayıb.

Xatırladaq ki, noyabrın 9-da Rusiyanın müdafiə naziri Sergey Şoyqu qoşunların Xerson vilayətinin Dnepr çayının sağ sahilində yerləşən hissəsindən çıxarılması barədə əmr verib.

terefsiz.az