Zelenski Arxangelsk və Mirolyubovka qəsəbələrinin azad edildiyini bildirib

0
79

“Ukrayna Silahlı Qüvvələri ölkənin ərazilərini Rusiya hərbçilərindən azad etməkdə davam edir, əsgərlərimiz nəzarətlərində olan Xerson vilayətində daha iki yaşayış məntəqəsini geri qaytarıblar”.

“Terefsiz.az” “RBK-Ukraina”ya istinadən xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski videomüraciətində bildirib.

Dövlət başçısı qeyd edib ki, 129-cu briqadanın döyüşçüləri cəbhədə yaxşı nəticələrlə fərqləniblər.

“(Ukraynalı müdafiəçilər-red) xüsusilə Arxangelsk və Mirolyubovkanı azad ediblər”, – Zelenski bildirib.

Xatırladaq ki, Rusiya Prezidenti Vladimir Putin bu il fevralın 21-də Ukraynanın inzibati sərhədləri daxilində qondarma “Donetsk” və “Luqansk” xalq respublikalarının müstəqilliyinin tanınması haqqında fərman imzalayıb.

2022-ci il fevralın 24-də V.Putin televiziya ilə çıxışında Ukraynanın şərqindəki Donbasda “xüsusi hərbi əməliyyatın” başladığını elan edib. Bundan sonra Rusiya-Ukrayna müharibəsi başlayıb.

terefsiz.az