Zelenski məmura “quldur” deyib yığıncaqdan qovdu – VİDEO

0
275

Ukrayna Prezidenti Vladimir Zelenski Barispolda yerli Şəhər Şurasının katibi Yaroslav Qodunoku yığıncaqdan qovub.

Tərəfsiz.az xəbər verir ki, Y.Qodunokun zaldakı qışqırıq səsləri V.Zelenskinin xoşuna gəlməyib.

Ukrayna Prezidenti qeyd edib ki, kimsə çox qışqıranda köməkçilərindən həmin insan barədə internetdə məlumat tapmağını istəyib. Bundan sonra o, telefonun ekranından Cinayət Məcəlləsinin maddəsini oxuyub:

“Batkivşina” partiyasının üzvü, Borispol Şəhər Şurasının katibi daha əvvəl quldurluq maddəsi üzrə mühakimə olunub. Yaroslav Nikolayeviç, bu sizsiniz? Çıxın buradan. Çıxın, quldur”.

Y.Qodunok hiddətlənib və baş verənləri “sirk” adlandırıb.