Zelenski prezident postunda atacağı ilk addımlardan danışdı – YENİLƏNİB

0
592

Zelenski prezident postunda atacağı ilk addımlardan danışdı – YENİLƏNİB

Terefsiz.az saytı xəbər verir ki, Ukrayna prezidentliyinə namizəd, “exit-poll”un nəticələrinə görə qalib hesab olunan Vladimir Zelenski bəyan edib ki, onun ilk işi “bütün məhbus və əsirləri” ölkəyə qaytarmaq olacaq.

Zelenski bildirib ki, Donbasdakı silahlı münaqişənin həlli üzrə işləri davam etdirəcək. O, həmçinin Ukraynanın Baş Prokurorunu vəzifəsindən azad edəcəyini, yeni komanda ilə işləyəcəyini qeyd edib.

Zelenski Prezident Administrasiyasının yeni binaya köçürüləcəyinə də vəd verib.

Poroşenkoya hər hansı bir vəzifə verilib-verilməyəcəyi barədə sualı isə Zelenski belə cavablandırıb:

“Mən bu məsələ ilə bağlı ictimaiyyətə müraciət edəcəm. Əgər xalq onu hər hansı bir postda görmək istəsə, ola bilər. Hələlik bilmirəm”.

21:15

Ukraynada keçirilən prezident seçkilərinin ikinci turu ilə bağlı “exit-poll”un ilkin nəticələri açıqlanıb.

RİA Novosti xəbər verir ki, Ukraynanın yerli təşkilatlarının apardığı “exit-poll”un nəticələrinə görə, Vladimir Zelenski seçicilərin 72,7, Petro Poroşenko isə 27,3 faiz səsini toplayıb.

21:07

Ukraynada prezident seçkilərinin ikinci turu yerli vaxtla saat 20:00-da başa çatıb.

RİA Novosti-nin məlumatına görə, “exit-poll”un ilkin açıqlamasına görə, Zelenski daha çox səs toplayıb.

Səsvermə başa çatandan sonra “exit-poll”un ilkin nəticələri elan olunacaq. MSK yekun nəticələri mayın 1-dək açıqlamalıdır.

16:24

Ukraynada prezident seçkilərinin ikinci turunda Vladimir Zelenski qalib gəlir.

Rosbalt” exit-poll-un qeyri-rəsmi nəticələrinə istinadən xəbər verir ki, seçiçilərin 75,8 faizi Zelenskiyə səs verib.

Hazırkı prezident Pyotr Poroşenko isə səslərin 24,2 faizini yığıb.

Qeyd edək ki, exit-polların ilk rəsmi nəticələri səslərin sayılması prosesi başlanılan kimi açıqlanacaq.

Terefsiz.az