Ukraynada prezident seçkilərində qalib gəlmiş Vladimir Zelenski Facebook akkauntundakı adını rus dilindən Ukrayna dilinə çevirib.
Bu barədə onun mətbuat katibi İrina Pobedonosova məlumat verib:
“Zelenski köhnə Facebook hesabında adını rusca qeyd etmişdi. İndi biz onun adını Ukrayna variantı ilə əvəz etdik – Volodimir Zelenski. İzləyicilərimizdən adın dəyişdirilməsinə dair gələn çoxsaylı təklifləri dəyərləndirərək belə bir qərara gəldik. Zelenskinin yeni prezident statusunu nəzərə alaraq bu addımı məqsədəuyğun hesab edirik”.
Terefsiz.az