Zelenski Ukraynanın Aİ-yə üzvlüyünü dəstəkləyən ölkələrin adını çəkib

0
92

Şimali Makedoniya, Albaniya və Monteneqro Ukraynaya Avropa İttifaqı (Aİ) üzvlüyünə namizəd statusunun verilməsinə dəstək verən birgə bəyanat qəbul ediblər.

“TEREFSİZ.AZ” UNİAN-a istinadən xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski Albaniyanın Baş naziri Edi Rama, Monteneqronun Baş naziri Dritan Abazoviç və Şimali Makedoniyanın Baş naziri Dimitar Kovaçevskinin videobağlantı vasitəsilə qatıldığı görüşdən sonra keçirilən brifinqdə deyib.

Zelenski vurğulayıb ki, Ukrayna, Şimali Makedoniya, Albaniya və Monteneqro Avropaya inteqrasiya yolunda rəqib deyil, bir-birinin imkanlarını tamamlamalı və gücləndirməlidir.

Qeyd edək ki, Albaniya, Monteneqro və Şimali Makedoniya Aİ-nin üzvü deyil.

İyunun 17-də Avropa Komissiyası Ukraynanın Aİ-yə üzvlük ərizəsi ilə bağlı yekun qərar qəbul edəcək.

TEREFSİZ.AZ