İspaniyanin “Real Madrid” klubunun baş məşqçisi Zinəddin Zidan Lionel Messi ilə “Barselona” klubunun idman direktoru arasında baş verən qalmaqala münasibət bildirib.
“Marca” nəşri məlumat verir ki, Zinəddin Zidan rəqib klubda baş verən hadisələrin onların oyununda hiss olunmayacağını vurğulayıb:
“Barselona” mövsümün sonuna qədər döyüşəcək, onların görünən zəiflikləri yoxdur. Çox yaxşı çıxış edirlər. Rəqib komandada baş verənlər haqqında düşünmürük, bütün diqqətimizi öz komandamıza yönəltmişik. Güclü klublar hər zaman yüksək səviyyədə çıxış edirlər”.
Xatırladaq ki, “Barselona”nın kapitanı Lionel Messi ilə əvvəl klubun müdafiəçisi Jerar Pike, daha sonra isə komandanın sabiq oyunçusu və hazırda idman direktoru vəzifəsini icra edən Erik Abidal arasında münaqişə olub.
istinad:oxu.az