“Milan”ın hücumçusu Zlatan İbrahimoviç A seriyasının 8 matçında ardıcıl qol vuran ilk futbolçu olub.
TEREFSİZ.AZ saytı xəbər verir ki, hücumçu A seriyasının növbəti turunun matçında “Napoli” ilə oyunun 20-ci dəqiqəsində fərqlənib. Otuz doqquz yaşlı oyunçu cinah ötürməsindən sonra topu rəqib qapısının uzaq küncünə göndərib.
Bununla da, İbrahimoviç A seriyasının səkkiz matçında ardıcıl qol vurub. O, “Milan” tarixində buna nail olan ilk futbolçu olub. Hücumçu 54-cü dəqiqədə komandasının növbəti qoluna imza atıb.
Qeyd edək ki, qarşılaşma “Milan”ın 3:1 hesablı qələbəsi ilə başa çatıb.
İbrahimoviç A seriyasının cari mövsümündə bombardirlər siyahısına başçılıq edir.
“Milan” yeddi turda 17 xal yığaraq İtaliya çempionatının yarış cədvəlində birinci yeri tutub. İbrahimoviç 6 matçda iştirak edərək 9 qol (2-i penaltidən) vurub və 1 məhsuldar ötürmə verib.
Daha əvvəl hücumçu mövsümün sonuna kimi “Milan”da qalacağını istisna etməyib.
TEREFSİZ.AZ