Əfqanıstanda 7,8 maqnitudada zəlzələ olub,hadisə nəticəsində Pakistan və Əfqanıstanda bir neçə nəfər ölüb, 150 nəfər yaralanıb

0
77

Əfqanıstanda 7,8 maqnitudada zəlzələ olub.

“Terefsiz.az” xəbər verir ki, bu barədə Qazaxıstan Fövqəladə Hallar Nazirliyinin seysmoloji eksperimental-metodiki ekspedisiyası məlumat yayıb.

Zəlzələ Pakistan,Özbəkistan, Tacikistan və Qazaxıstanın cənubundakı şəhərlərdə hiss olunub.

Özbəkistan Fövqəladə Hallar Nazirliyinin Seysmik Proqnozlaşdırma Monitorinqi Mərkəzinin məlumatına görə, yeraltı təkanların gücü Termezdə 6, Daşkənddə 5 maqnitudada olub.

Zəlzələnin episentri Daşkənddən 561 km cənub-şərqdə, Əfqanıstanla sərhəddə, 220 km dərinlikdə yerləşib.

Çərşənbə axşamı axşam saatlarında Əfqanıstanda qeydə alınan zəlzələ nəticəsində Pakistanın şimal-qərbindəki Hayber Paxtunxva əyalətində azı iki nəfər həlak olub. Əfqanıstanın şərqindəki Laqman əyalətində daha iki nəfər həlak olub.

Bu barədə “Dawn” qəzeti Pakistanın Təbii Fəlakətlərin İdarə Edilməsi İdarəsinin ilkin hesabatına istinadən məlumat yayıb.

Məlumata görə, Xeyber-Paxtunxvada yaşayış binalarının dam və divarlarının uçması nəticəsində 2 nəfər ölüb, 6 nəfər yaralanıb.

Öz növbəsində, “Reuters” Pakistan polisinə istinadən xəbər verir ki, Svat rayonundakı bu ərazidə 150-yə yaxın insan yaralanıb. Rayon xəstəxanaları yüksək hazırlıq vəziyyətinə gətirilib.

Bundan əlavə, Əfqanıstanın təbii fəlakətlərin nəticələrinin azaldılması agentliyinin sözçüsü agentliyə bildirib ki, Laqman əyalətində iki nəfər ölüb.

“Dawn” xəbər verir ki, yeraltı təkanlar Hayber-Paxtunxvadan başqa Pakistanın digər bölgələrində, o cümlədən Peşəvər, Lahor, Kvetta, Ravalpindi və İslamabadda da hiss olunub.

terefsiz.az