Əfqanıstanda beş Gürcüstan hərbçisi yaralanıb

0
135

Əfqanıstanda yerləşən “Baqram” aviabazasına edilən terror hücumu nəticəsində beş nəfər Gürcüstan hərbçisi yaralanıb.

Terefsiz.az xəbər verir ki, məlumatı Gürcüstan Müdafiə Nazirliyi yayıb.

Nazirlikdən bildirilib ki, kiçik xəsarət alan hərbçilər, koalisiya qüvvələrinin terrorçuların təmizlənməsi və məhv edilməsi istiqamətində apardığı əməliyyatlarda iştirakını davam etdirirlər.

Gürcüstanın Müdafiə Nazirliyi əməliyyatlar yekunlaşdıqdan sonra daha geniş açıqlama ilə çıxış edəcəklərini elan ediblər.